cabir

cabir Məşhurlar 11-03-2025, 18:30

"7 ildir buna görə maşın sürmürəm"

"7 ildir buna görə maşın sürmürəm"
"Ömrümün 30 ili yollarda keçib: o rayon, bu şəhər, qəsəbə. Ölkədaxilində toylara gedəndə özüm idarə edirdim. Amma son 7 ildir heç maşın sürmürəm. Tıxaclardan, dayanacaqlardan yoruldum, sürməyi bacarmayanlar da çoxalıb". Sun.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Yollar bizi ayırmasın" verilişində deyib. Müğənni 7 ildir avtomobil idarə etmədiyini bildirib.

N.Ələsgərli keçirtdiyi qəzadan danışıb:

"Rayona toya gedirdim, ailə üzvlərim də mənimlə gedirdi. Onları rayona qoyub, toy olan yerə getdim. Gecə tək qayıtdım. Böyük tırın siqnal səsinə oyandım. Yoxsa onun altında qalacaqdım. Maşın fırlandı durdu. Yolda yata da bilməzdim. Şəmkirdən Bakıya kimi necə gəldim Allah bilir. Tövbə etdim ki, bir də gecə yola çıxmayacağam".

Müğənni illər əvvəl maşını təhlükəsizlik kəməri taxmadan sürdüyünü etiraf edib:

"Maşınların ən dəbdə olanını, bahalısını almışam. Ürəyim istəyəni alıb sürmüşəm. Kəmər taxmaq, telefona cavab vermək olmaz. O vaxt kəmər taxmırdım. O vaxt kəmər taxana pis sürücü kimi baxırdılar. Sonra düz yola qayıtdım".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
738 836 185 179 194 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.