AzizA

AzizA Mətbəx 13-03-2025, 15:00

Sadə, asan biskvit tortu

Sadə, asan biskvit tortu
Diametri 20 sm qab üçün

Ərzaqlar:
Bislvit üçün:
1 yumurta üçün
30 qr şəkər tozu
26 qr un
6 qr nişasta

4 yumurta istifadə edirik 20 sm qəlibə
120 qr şəkər tozu
104 qr un
24 qr nişasta
1 çimdik duz

Kremi üçün:
250 qr yumşalmış kərə yağı
2 paçka 200 milli qaymaq (sütaş, milla)
4 paçka südlü şokolad (90 qr olandan)
Arasına banan

Biskvitin hazırlanması:
Yumurta, şəkər tozu və bir çimdik duz birlikdə ağaranadək çalınır. Ardınca un və nişasta əlavə edilib un çırpanla havası sönmədən ehtiyatla qarışdırırıq. Un, nişasta 3 dəfəyə əlvə edilsə daha yaxşı olar. Qarışımı qəlibə töküb əvvəldən 170 dərəcə qızdırılmış sobada 45-50 dəq bişiririk. İlk 25 dəqiqə sobanın ağzını qəti açmayın. Biskvit tam soyuduqdan sonra streçə büküb 3 saatlıq soyiducuya qoyuruq. Biskviti rahatlıqla 3 yerə bölə bilərsiz.

Krem üçün qaymağı qazana töküb qızdırırıq. Qazın altını söndürüb xırdaladığımız şokoladları əlavə edirik. Tam qarışandan sonra soyuması üçün qırağa qoyuruq. Arada qarışdırın ki, üzəri qaysaq bağlamasın. Yumşalmış kərə yağını çalırıq, soyumuş qanajı da qaşıq-qaşıq əlavə edib çalırıq. Qanajdan biraz üstenü bəzəmək üçün götürə bilərsiz. Kremi soyuducuya 1-2 saat özünü tutsun deyə qoyuruq.
Tortun arasına krem+banan düzürük, tortumuzu tam yığıb özünü tutması üçün 1 gecə soyuducuda saxlayırıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 351 210 207 195 172

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.