ice berg

ice berg İdman 14-03-2025, 11:34

Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəldi

Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəldi

Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Loading.aZ xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.

Azərbaycan təmsilçilərindən Ruslan Nurullayev (72 kiloqram) startda bolqarıstanlı Dimitar Georgiyevi vaxtından əvvəl məğlub edib – 10:1. Nurullayev daha sonra litvalı Rokas Çepauskası 3:1 hesabı ilə üstələyib. Ruslan yarımfinalda ukraynalı Oleq Xəlilovdan güclü olub – 4:2. Həmyerlimiz sabah finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşacaq.

Elmin Əliyev (82 kiloqram) 1/8 finalda macarıstanlı Dominik Botosu (5:2), 1/4 finalda isə isveçli Aleksander Yohanssonu (6:5) mübarizədən kənarlaşdırıb. O, finalın bir addımlığında moldovalı Aleksandru Soloveylə bacarmayıb – 0:8. Əliyev sabah bürünc medal uğrunda İbrahim Tabayev (Belçika) – Conni Sarkkinen (Finlandiya) görüşünün qalibi ilə güləşəcək.

Hüseyn Qəribov (60 kiloqram) və Aqil Musayev (97 kiloqram) 1/8 finalda, Fərid Xəlilov (67 kiloqram) 1/4 finalda uduzub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
276 259 143 179 181 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.