ice berg

ice berg Ana və uşaq 14-03-2025, 16:00

Uşaqları cəzalandıran valideynlərin 90 faizinin etdiyi SƏHVLƏR

Uşaqları cəzalandıran valideynlərin 90 faizinin etdiyi SƏHVLƏR
İlk impuls - qışqırmaq və ya onu cizgi filmlərindən məhrum etməkdir. Amma bir həftə sonra hər şey təkrarlanır.

Niyə? Çünki cəza qorxudan başqa heç nə öyrətmir. Daha yaxşı bir yol var və bu, nə təhdid, nə də qalmaqal tələb etmir.

Loading.aZ xarici KİV-ə istinadla hansı davranışların səhv olduğunu izah edir:

Təsəvvür edin: oğlunuz bir vazanı sındırdı. “Sən cəzalandırıldın" demək əvəzinə, soruşun: “Səncə, indi nə etməliyik”?

Bəlkə də, o, qırıntıları təmizləməyi və ya vazanı yapışdırmağı təklif edəcək. Bu yanaşma səhvi dərsə çevirir. Uşaq başa düşür ki, hərəkətlərinin nəticələri var və onları düzəltməyi öyrənir. Bu, guşədə dayanmaqdan daha təsirli bir metoddur.

Valideynlərin geniş yayılmış digər səhvi - uşağı cəzalandırmaq üçün onunla danışmamaqdır.

Valideynlər düşünür ki, ignor etmək uşağa dərs olacaq, amma əslində bu, onda narahatlıq yaradır: “Anam məni sevmir, mən pis uşağam”. Bunun əvəzinə belə deyin: “Mən sənin hərəkətinə görə məyus oldum, gəlin bunu gələcəkdə necə qarşısını ala biləcəyimizi müzakirə edək”. Bu, uşağa göstərir ki, emosiyaları sözlərlə ifadə etmək olar və susmaq yeganə çıxış yolu deyil.

Əsas məqam - hərəkəti şəxsiyyətdən ayırmaqdır

“Sən sözəbaxmazsan” kimi ifadələr uşağın beynində mənfi obraz yaradır. Bunun əvəzinə belə deyin: “Sən gözlənilməz bir hərəkət etdin, amma mən bilirəm ki, sən daha yaxşı edə bilərsən”. Bu, ona dəyişməyə motivasiya verir, özünü “pis uşaq” kimi hiss etdirmir.

Və ən vacibi - ardıcıl olun

Əgər bu gün oyuncaq səpələdiyinə görə danlayır, sabah isə görməzdən gəlirsinizsə, uşaq sərhədləri başa düşmür. Ən yaxşısı, qaydaları əvvəlcədən müəyyənləşdirməkdir: “Biz yatmazdan əvvəl konstruktordan yığışdırırıq, əks halda sabah oynaya bilmərik”. Və mütləq sözünüzə əməl edin. Beləcə, uşaqlar nəticələri öncədən proqnozlaşdırmağı və şüurlu seçim etməyi öyrənir.

Tərbiyə mübarizə deyil, burada qalib gəlmək üçün yox, birlikdə öyrənmək üçün çalışmaq lazımdır. Bəzən sadəcə yanaşmanı dəyişdirmək kifayətdir ki, münaqişələr inkişaf fürsətinə çevrilsin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
280 312 236 213 210 210

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.