cabir

cabir Məşhurlar 16-03-2025, 16:30

Keçmiş həyat yoldaşı Alsuya milyardlar verəcək

Keçmiş həyat yoldaşı Alsuya milyardlar verəcək
Müğənni Alsu və iş adamı Yan Abramov 2024-cü ilin avqustunda rəsmi olaraq boşansalar da hələ əmlak bölgüsü etməyiblər. Sun.Az xəbər verir ki, onlar 18 illik evlilikləri ərzində əldə etdikləri əmlakı bölüşəcəklər. Siyahıda Londonda "Lord's Cricket Ground" kriket stadionunun yaxınlığında bir mənzil, Kipr, ABŞ, Fransa və Monakoda, habelə Rusiyada daşınmaz əmlaklar var. Bildirilib ki, məhkəmənin əvvəlində Yan keçmiş həyat yoldaşına təzminat kimi 2,5 milyard rubl təklif edib, lakin o, bundan imtina edib. Müğənni ikinci vətəndaşlığı olan Böyük Britaniya da daxil olmaqla bir neçə məhkəmə iddiası qaldırıb. Növbəti iclas martın 21-də baş tutacaq.

İş adamının vəkili Aleksandr Dobrovinski mübarizə aparmaqda qərarlıdır. Onun sözlərinə görə, o, "xanım Abramova"nın nə istədiyini bilir və buna görə də işi necə aparacağını başa düşür. Onun hesablamalarına görə, keçmiş həyat yoldaşlarının ümumi aktivləri 20-30 milyard rubl təşkil edir.

Vəkil bildirib ki, onlar arasında aliment problemi yoxdur. Çünki iş adamı 3 övladının bütün ehtiyaclarını təmin edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 307 192 171 166 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.