cabir

cabir Məşhurlar 18-03-2025, 17:00

Dəniz Əsədovaya 6 aylıq cəza verildi

Dəniz Əsədovaya 6 aylıq cəza verildi
Böhtan atmaqda təqsirləndirilən müğənni Dəniz Əsədova ilə bağlı məhkəmə prosesi keçirilib. Sun.Az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, Dəniz Əsədova barəsində 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Qeyd edək ki, Dəniz Əsədova ilə bağlı Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məhkəməyə müraciət olunub.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan edilib. Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədova ilə bağlı xüsusi ittiham qaydasında daha 3 şikayət var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 281 183 175 194 170

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.