cabir

cabir Xəbərlər 20-03-2025, 10:30

Xırdalanda çoxmərtəbəli binada yanğın - Yenilənib

Xırdalanda çoxmərtəbəli binada yanğın - Yenilənib
Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən "Kristal Abşeron 1" yaşayış kompleksindəki binaların birində yanğın başlayıb. Sun.Az "Report"a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək".

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ikiotaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə almağa və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 303 273 259 252 308

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.