Abbas Məmmədov

Abbas Məmmədov özünü 😕 yorğun hiss edir. Maraqlı Statuslar 22-03-2025, 11:00

Mənim evim olmadı, olan hər şeyi gizlətmək üçün divara şəkillər çəkərdim yalnızlığımla dolu olan şəkillər. Səs-küylü bir evin səssiz uşağı olmaq çətindir, hər sualımın cavabını özüm tapdım amma məni tapan yox idi nə o şəkillərdə nə səssizliyimdə.
Divarın sərtliyi isə uşaq gözlərimdən süzülürdü suallarıma, fərq etməzdi əslində cavablarımın o divarın arxasında olduğunu öyrənən qədər.
Sonra eşitmək istədiyim cavablar üçün o divarı əzizləyən əllərimlə onu sökdüm görə biləcəyim həqiqət isə bir güzgüyə yazılmışdı, gördüm də, duydum da, hiss etdim də, və anladıqlarımı da o evdə qoyub, uzaqlaşdım. Uzaqlara, özümdən də uzaqlara gedəcək qədər uzaqlaşdım...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 472 338 313 343 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.