Kaş ki
Deyirlər, həsrətin yarası dağdır;
Ruhum çoxdan ölüb, cismimsə sağdır.
Küllərim səmaya dağılacaqdır;
Kaş ki, bu günləri heç görməsəydim.
Sevənlər yar olur özgəyə, yada;
Heç nəyə inanmaq olmur dünyada.
Heyif, bu ömrümü vermişəm bada;
Kaş ki, hər şeyimi itirməsəydim.
Ayrılıq bir qəlbə ən böyük yara;
Ölümdə insana haqqmıdır, bəla?
Kimsədə yoxdurmu zərrəcə vəfa?
Kaş ki, hər gedənə üzülməsəydim.
• Nail Zeyniyev
Ruhum çoxdan ölüb, cismimsə sağdır.
Küllərim səmaya dağılacaqdır;
Kaş ki, bu günləri heç görməsəydim.
Sevənlər yar olur özgəyə, yada;
Heç nəyə inanmaq olmur dünyada.
Heyif, bu ömrümü vermişəm bada;
Kaş ki, hər şeyimi itirməsəydim.
Ayrılıq bir qəlbə ən böyük yara;
Ölümdə insana haqqmıdır, bəla?
Kimsədə yoxdurmu zərrəcə vəfa?
Kaş ki, hər gedənə üzülməsəydim.
• Nail Zeyniyev







