ice berg

ice berg İdman 28-03-2025, 22:42

“Liverpul” Salahı buraxmır

“Liverpul” Salahı buraxmır


“Liverpul” müdafiəçi Trent Alexander-Arnoldun gedişi ilə bağlı şayiələr fonunda komandanın hücumçusu Məhəmməd Salahla yeni müqavilə üzrə danışıqlara başlayıb.

 

Loading.aZ xarici mediaya istinadla bildirir ki, klub rəhbərliyi Salaha sərfəli müqavilə təklif edib, danışıqlar müsbət şəkildə davam edir. Misirli forvardın “qırmızılar”la hazırkı müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatır.

 

Bu mövsüm Məhəmməd Salah “Liverpul”un heyətində bütün yarışlarda 43 oyunda iştirak edib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.


Qeyd edək ki, Trent Alexander-Arnoldun azad agent kimi transfer etmək üçün “Real Madrid” ilə razılaşdığı barədə məlumatlar yayılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
242 273 266 247 265 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.