amon

amon İdman 30-03-2025, 07:12

Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”a məğlub olubid

Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”a məğlub olubid

Türkiyə Superliqasının XXIX turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə komandalar hərəyə bir qol vurublar. Bundan başqa, “aslanlar”ın heyətində Frankovski qırmızı vərəqə alaraq meydandan qovulub.

İkinci hissədə təşəbbüsü ələ alan “ağ-qaralar” hesabda irəli çıxmağı bacarıblar. Gedson Fernandes komandasının qələbə qoluna imza atıb. Əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə meydan sahibləri də azlıqda qalsa da, bu “Cim-Bom”a kömək etməyib.

Beləliklə, “Beşiktaş” “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edib.

28 oyundan sonra birinci pillədə qərarlaşan “Qalatasaray”ın hesabında 71 xal var. Komandanın ən yaxın təqibçisi “Fənərbağça” isə 27 oyuna 65 xal toplayıb. “Beşiktaş” 27 oyuna 47 xalla dördüncüdür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
256 238 255 226 218 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.