AzizA

AzizA Maraqlı 6-04-2025, 09:00

Yaxın gələcəkdə insanlar 100 ildən çox yaşayacaqlar

Yaxın gələcəkdə insanlar 100 ildən çox yaşayacaqlar

"Tibbin nailiyyətləri və əlverişli sosial şərait yaxın gələcəkdə insanlara 100 ildən daha çox yaşamağa imkan verəcək".

Loading.Az TASS-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskvadakı ofisinin rəhbəri Batır Berdıklıçev deyib.

Onun sözlərinə görə, bu gün bütün dünyada insanların ömrü uzanıb:

"Profilaktikanın müasir metodları, qidalanmanın yaxşılaşması, daha yaxşı həyat, iş şəraiti, tibbi yardımın əlçatanlığı orta ömür uzunluğunun artmasına təsir göstərib".

ÜST nümayəndəsi əlavə edib ki, 2020-ci ildən 2050-ci ilədək dünyada 80 və daha yuxarı yaşda olan insanların sayı üç dəfə artaraq, 426 milyon nəfərə çatacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 229 200 203 229 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.