ice berg

ice berg Maraqlı 14-04-2025, 16:00

Bu peşə beyin üçün ən təhlükəlisidir

Bu peşə beyin üçün ən təhlükəlisidir

Böyük Britaniyada aparılan araşdırma göstərib ki, polis əməkdaşları digərlərlə müqayisədə iki dəfə çox kəllə-beyin travması (KBT) alma riski daşıyır.

 

Loading.aZ xəbər verir ki, bu travmalar həmçinin onlarda posttravmatik stress pozuntusuna (PTSP) səbəb olur. 617 polis üzərində aparılan tədqiqatda iştirak edənlərin 38 faizi həyatlarında ən azı bir dəfə KBT yaşayıb, 61 faizi isə bir neçə dəfə bu problemlə qarşılaşıb

 

Araşdırma göstərib ki, xidmət zamanı KBT alan hər beş polis əməkdaşından biri PTSP əlamətləri daşıyır - bu da emosional gərginlik, günahkarlıq hissi və sosial münasibətlərdə çətinliklərlə müşayiət olunur. Polislər arasında xroniki baş ağrısı, yuxusuzluq və diqqət zəifliyi kimi problemlər də yayğındır.

 

Mütəxəssislər bu travmaların uzunmüddətli fəsadlar törətdiyini və polis əməkdaşlarına davamlı psixoloji dəstək və tibbi nəzarətin vacib olduğunu bildirirlər. Onların fikrincə, idmançılar üçün tətbiq olunan sarsıntı protokollarına bənzər sistem polislər üçün də yaradılmalı, diaqnostika və yardım bir-birini tamamlamalıdır. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 181 201 218 196 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.