ice berg

ice berg Maraqlı 17-04-2025, 21:00

Səs-küylü mühitdə daha yaxşı EŞİTMƏK ÜSULU

Səs-küylü mühitdə daha yaxşı EŞİTMƏK ÜSULU


Fransada aparılan yeni bir araşdırma göstərib ki, barmaqları ritmik şəkildə masaya vurmaq, səs-küylü mühitdə danışılanları daha yaxşı anlamağa kömək edə bilər. Alimlər bu sadə texnikanın beynin səsə fokuslanmasına yardım etdiyini bildirir.

 

Loading.aZ xəbər verir ki, Aix-Marsel Universitetindən psixolinqvist Noemi te Rietmolenin rəhbərlik etdiyi tədqiqat qrupunun məqsədi beynin hərəkət sistemi ilə səsli informasiyanı necə qəbul etdiyini öyrənmək olub. Məlum olub ki, motor sistem təkcə hərəkətləri idarə etmir, həm də zamanlama siqnallarını qəbul edərək nitqin qavranmasında rol oynayır.

 

Təcrübə necə aparılıb?

Fransız dili ana dili olan iştirakçılara fon səs-küyü olan 40 müxtəlif cümlə dinlədilib. Əsas mərhələdə isə iştirakçılar dinləmədən öncə müxtəlif "hazırlıq" üsullarına yönləndirilib:

– Bəziləri barmaqlarını öz seçdikləri ritmdə masaya vurub

– Bəziləri əvvəlcədən verilmiş ritmə uyğun barmaqla vurma hərəkəti edib

– Digərləri sadəcə ritmi dinləyib və ya sakitcə nitqin başlamasını gözləyib

 

Nəticə göstərib ki, barmaqları ilə ritmik hərəkət edən və ya ritmə uyğun hərəkət edən şəxslər cümlələri daha tez və dəqiq anlayıb.

 

Yəni, növbəti dəfə səs-küylü restoranda və ya izdihamda qarşı tərəfi eşitməkdə çətinlik çəksəniz, barmaqlarınızı ritmik şəkildə masaya vurmağı yoxlayın – bu sadə üsul beyninizin diqqətini səsə yönəltməyə kömək edə bilər.

 

Tədqiqat "Proceedings of the Royal Society B" jurnalında dərc olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
211 210 196 189 171 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.