Sevgi: Qəlbin Sükutu, Ruhun Səssiz Harayı
Sevgi nədir? Sadə bir sözmü, yoxsa kainatın ən mürəkkəb hissimi? Bəlkə də sevgi elə bir dildir ki, yalnız iki qəlb arasında danışılır. Bu dilin nə əlifbası var, nə də qaydası. Onu anlamaq üçün ağıl kifayət deyil, ruhun özü danışmalıdır.
Hər insanın həyatında azı bir dəfə içindən gələn bir səssiz haray olur: “O haradadır?” Bu sual təkcə aşiq insanın deyil, ruhunu itirmiş hər bir varlığın sualıdır. Çünki insan, doğulduğu andan etibarən sevilmək üçün yaradılıb. Və əsl sevgi insanı tamamlayır – sanki itirdiyin bir parçanı tapırsan, sanki nəfəsin tamamlanır.
Sevgi sadəcə romantika deyil. O, səbir deməkdir. İstəmədən də sevmək, uzaqdan da qorumaq, heç bir qarşılıq gözləmədən dua etməkdir. Sevgi – susaraq da bağlanmaqdır. Bəzən bir baxış, bir səssiz salam, bir xatirə qədərdir…
Əsl sevgi dəyişmir. Zaman keçir, insanlar dəyişir, yollar ayrılır, amma o duyğu qəlbin bir guşəsində yaşayır. Və o duyğu sənin içində səni daha yaxşı bir insan etməyə davam edirsə, demək ki, o hiss hələ də yaşayır. Əslində, sevgi getmir – sadəcə forması dəyişir: bir dua olur, bir xatirə, bir musiqi səsi, ya da gecənin sakitliyində səni düşündürən bir nəfəs.
Sevmək – cəsarətdir. Çünki sevgi insanı kövrək edir, amma eyni zamanda ən güclü etdiyi hissdir. Birinin varlığında özünü daha güclü, daha gözəl, daha “sən” hiss etməkdir.
Bəzən deyirlər ki, sevgi ağrıdır. Amma sevgi özü heç vaxt ağrıtmır. Ağrıdan, qorxudan, uzaqlaşdıran – insanların onu yaşamaq formasıdır. Sevgi özü safdır, şəffafdır, təmizdir.
Və ən maraqlısı – insan illər keçsə belə, içindəki o bir anı, bir gülüşü, bir toxunuşu heç unutmur. Çünki bəzi hisslər yaddaşda deyil, ruhda yaşayır…
Sən oxumasan belə, bu yazını sənə həsr edirəm..O💙







