ice berg

ice berg İdman 20-04-2025, 09:00

Fransa - Azərbaycan matçı bu stadionda keçiriləcək

Fransa - Azərbaycan matçı bu stadionda keçiriləcək

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin səfərdə Fransa ilə qarşılaşacağı stadion müəyyənləşib. Loading.aZ “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında məlumat verilib.

 

Bildirilib ki, matç Parisdəki “Park De Prens” stadionunda təşkil olunacaq.

 

Həmçinin Fransa millisi qrupun digər ev oyunlarında İslandiya (9 sentyabr) və Ukraynanı (13 noyabr) da sözügedən arenada qəbul edəcək. 48 minə yaxın azarkeş qəbul edən bu stadionda PSJ klubu ev oyunlarını keçirir.


O da qeyd olunub ki, oyunlarla bağlı “Stad de Frans” stadionu ilə razılığa gələ bilməyiblər.

 

Xatırladaq ki, Azərbaycan millisi Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə Bakıda qarşılaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
184 182 202 233 242 218

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.