HASANLY

HASANLY İdman 21-04-2025, 20:07

ABŞ-da Milli Hokkey Liqasının pley-off oyunda kütləvi dava: 10 oyunçu uzaqlaşdırıldı

ABŞ-da Milli Hokkey Liqasının pley-off oyunda kütləvi dava: 10 oyunçu uzaqlaşdırıldı

ABŞ-da "Toronto Meypl Lifs" və "Ottava Senators" komandaları arasında Milli Hokkey Liqasının pley-off seriyasının ilk oyununda qalmaqal yaşanıb. Oyunun son dəqiqəsində oyunçular arasında kütləvi dava baş verib.

Loading.Az-ın xəbərinə görə, bu barədə Gazeta.ru nəşri məlumat verib.

İnsident üçüncü dövrədə, final fitindən 44 saniyə əvvəl, tabloda "Toronto"nun xeyrinə 6:2 hesabı yazıldığı zaman baş verib. Davaya səbəb iki "Ottava" oyunçusunun "Meypl Lifs" hokkeyçisinə güc tətbiq etməsi olub.

Davanın yekununda 10 nəfər uzaqlaşdırma cəzası alıb - "Toronto"nun hücumçusu Nikolas Robertson və "Ottava"nın hücumçusu Metyu Haymor hərəyə dörd dəqiqə, qalan hər kəs iki dəqiqə müddətinə uzaqlaşdırılıb.

Torontodakı "Skouşabenk-Arena"da keçirilən görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu matç seriyanın birincisi olub, komandalar ikinci oyunu da "Toronto"nun stadionunda keçirəcəklər. Qarşılaşma aprelin 23-də baş tutacaq.

Hazırkı Stenli Kubokunun sahibləri "Florida Panters" komandasıdır. Final seriyasında "Panters" "Edmonton Oylers"i məğlub edib, qarşıdurma maksimum sayda - yeddi matç davam edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 255 201 200 208 246

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.