Aygün Kazımovanın duet təklifini rədd edən müğənni kimdir? - VİDEO
Müğənni Orxan Babazadə açıqlaması ilə diqqət çəkib. Sun.Az
Milli.Az-a istinadla xəbər verir ki, ifaçı qonaq olduğu verilişdə Xalq artisti Aygün Kazımovanın duet təklifini geri çevirməsindən danışıb.
"Sənət aləmində çox məşhur olan insanlar var, hazırda da gündəmdədirlər. Bundan 3-4 il öncə, Aygün Kazımova mənə duet təklifi etmişdi. Mən isə qəbul etmədim. O da məni anladığını dedi. Təkcə bir duet istəmirdi, ardıcıl iş birlikləri düşünürdü".
Onun bu etirafı sosial şəbəkələrdə müzakirələr yaradıb.






