Çempion “Liverpul”un müdafiəçisi gələcəyi haqda DANIŞDI
“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate gələcəyi ilə bağlı danışıb.
Loading.aZın xarici mediaya istinadla xəbərinə görə, fransız müdafiəçi yeni müqavilə ilə bağlı suala konkret cavab verməkdən imtina edib.
"Yeni müqavilə? Bu, klubla müzakirə ediləcək bir məsələdir, görərik", - Konate deyib.
25 yaşlı fransızın "Liverpul"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.







