cabir

cabir Məşhurlar 29-04-2025, 21:00

Nazilə Səfərlinin hamıdan gizlətdiyi xəstəliyi varmış

Nazilə Səfərlinin hamıdan gizlətdiyi xəstəliyi varmış

Şair və qiraətçi Nazilə Səfərli səhhətində yaranan ciddi problemdən danışıb.       Sun.Az          

xəbər verir ki, sənətçi bir ayağı digərindən kiçildiyini bildirib.

Deformasiya nəticəsində bu problemlə üzləşən Nazilə bunları deyib:

"Alçaqdaban ayaqqabı geyinirəm. Hamıdan gizlətdiyim bir dərdim var idi. Bir ayağım digər ayağımdan 3 santimetr yarım kiçilmişdi. Bunun nəticəsində yeriməyimdə deformasiya olmuşdu. Buna görə insanlardan qaçırdım. Ayaqqabının digər tayının daban hissəsinə əlavə 3 santimetr yarım dabanlıq vuruldu. Yeriməyimdən kompleks keçirirdim və ona görə insanlardan gizlənirdim. Bu isə məni hüzursuz edirdi, üzüm gülmürdü. Bu problemini əməliyyatla aradan qaldırdıq. Canım ağrayırdı deyə insanlara aqressiv cavab verirdim. Amma bunların hamısı getdi. Mən dərdlərimi heç kimə danışmıram. Ona görə də insanların çoxu mənə qarşı aqressivdir. Elə düşünürlər ki, yekəxana və özümdən razıyam. Bir söz demirəm, canları sağ olsun. Amma dərdlərim və ağrı-acılarımla heç zaman gündəmə gəlmək istəmirəm".

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 222 211 270 216 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.