Bilirəm ki o yol sənlə başlayıb sənlə bitirsə, mən heç bir zaman peşman olmayacam
Buraxıb getmə əllərimi bilirsən dözə bilmərəm, çox çətin gələr mənə, həsrətini çəkməyə də ömrüm çatmaz, sən gedən yollara baxıb yolunu gözləməyə. Bilirsən ki sevmək asan məsələ deyil, mən sənlə bizi gözləyəcək bütün çətinliklərə tab gətirib dözməyə, səni sevirəm dediyim gündən hazıram. Bilirəm ki o yol sənlə başlayıb sənlə bitirsə, mən heç bir zaman peşman olmayacam.
***
Ətrini başqa birindən mən taparam mı? Niyə unuda bilmirəm səni, necə sevdirdin özünü bu qədər mənə, nə etdin axı sən bu qədər bağlandım sənə..Bəzən özümü belə unuduram amma səni unuda bilmirəm.Daim ağlımdasan, daim qəlbimdəsən, yanımda deyilsən, amma hər an səni düşünürəm...Darıxmaq çox çətindir, darıxıb söyləyə bilməmək, görə bilməmək çox acıdır.Sənin üçün bəlkə bu sevgi kitabımız bağlanıb, amma mənim üçün yalnız öldüyüm zaman bağlanar bu kitab







