ice berg

ice berg Aforizm 30-04-2025, 14:00

Mən bunu istəyirəmsə, deməli bu olacaq

Mən bunu istəyirəmsə, deməli bu olacaq

Əvvəl mən deyirdim: "Mən ümid edirəm ki, hər şey dəyişəcək". Sonra mən anladım ki, hər şeyin dəyişməsinin bir yolu var – mənim özümün dəyişməyi. Cim Ron

 

Uğursuzluq – hər şeyi yenidən başlamaq imkanıdır, amma daha müdrikcəsinə. Henri Ford

Əgər problemi həll etmək mümkündürsə, narahat olmağa dəyməz. Əgər problem həll edilməzdirsə, onda narahat olmağa ehtiyac yoxdur. Dalay Lama

 

Siz çox istedadlısınız və çox səy göstərirsiniz. Amma başa düşməlisiniz ki, bəzi nəticələri əldə etmək üçün vaxt lazımdır. Məsələn, siz hətta 9 qadını hamilə qoysanız, 1 aydan sonra ata olmağınız mümkün deyil. Uorren Baffet

 

Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir. Mark Tven

 

Bizim ən böyük çatışmazlığımız ondadır ki, biz çox tez vaz keçirik. Uğura gedən yol yenidən cəhd etməkdən keçir. Tomas Edison

 

Mən şəxsən çiyələklə qaymaq yeməyi sevirəm. Amma balıqlar qurd sevir. Ona görə də balıq tutmağa gedəndə mən öz sevdiyim yemək haqda deyil, balığın sevdiyi yemək haqda düşünürəm. Deyl Karnegi

 

Səhər oyananda özündən soruş: “Mən nə etməliyəm”. Gecə yatanda özündən soruş: “Mən nə etdim?” Pifaqor

 

Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir. Robert Kiyosaki

 

Yaşlılar həmişə cavanlara məsləhət görür ki, pula qənaət edin. Bu pis məsləhətdi. Beş qəpikliklərə qənaət etməyin. Özünüzə maya qoyun. Mən 40 yaşıma qədər bir dollara da qənaət etməmişəm. Henri Ford

 

Mən bunu istəyirəmsə, deməli bu olacaq. Henri Ford

 

Mən məğlubiyyətlərə dözmürdüm. Mən sadəcə 10 min yol tapırdım, hansılar ki, heç vaxt işləmirdi. Tomas Edison

 

Ağır iş, sizin indiyə kimi görmədiyin yüngül işlərin cəmidir. Con Maksvell

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
319 333 255 310 283 262

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.