weher uwagi

weher uwagi Məşhurlar 30-04-2025, 12:30

Xalid Ərgənc – 55

Xalid Ərgənc – 55


Türkçə adı Halit Ahmet Ergenç olan məşhur Türkiyə aktyoru bu gün, yəni 30 aprel 1970-ci ildə İstanbulda doğulub. Beşiktaş Atatürk Məktəbinin məzunudur. 1989-cu ildə İstanbul Texniki Universitetinin Gəmi İnşaatı və Dəniz Elmləri fakültəsində təhsil alarkən, təhsilini ikinci kursdan yarımçıq qoymuş, elə həmin il Memar Sinan Universitetinin Opera və Musiqili Teatr Aktyorluğu fakültəsinə daxil olmuşdur. Təhsildən əlavə operator və marketoloq kimi işləyib. Bir müddət müğənni Ayşə Ajda Pekkan ilə çalışaraq vokalçı və rəqqas olub. Bir çox filmlərdə çəkildiyinə baxmayaraq, rol aldığı məşhur filmləri arasında “Möhtəşəm əsr”, “Vətənim sənsən”, “Babil” və hazırda yayımlanan “Kral uduzarsa” ekran əsərləridir. Türk kino və televiziya aktrisası Bergüzar Gökçe Korel Ergenç ilə 2009-cu ildə ikinci dəfə ailə həyatı qurdu. Onların bu evlilikdən Ali (09.02.2010), Han (08.03.2020) və Leyla (03.11.2021) adlı üç övladı var. Qeyd etmək istərdim ki, bu xanımı ilə “Vətənim sənsən” çox seriyalı filmində də ər-arvad olaraq bir araya gəlmişdilər. Böyük tamaşaçı kütləsi tərəfindən sevilən bu aktyoru biz də 55 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 204 238 271 246 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.