weher uwagi

weher uwagi İdman 1-05-2025, 11:04

Aleksey Smertin - 50

Aleksey Smertin - 50

Rusiya futbolçusu, yarımmüdafiəçi olan Aleksey Smertin (rus. Алексе́й Генна́дьевич Сме́ртин)bu gün,1 may 1975-ci ildə Rusiyanın Altay bölgəsinin inzibati mərkəzi sayılan Barnaul şəhərində anadan olub. Vətənində "Uralan", Moskvanın "Dinamo" və "Lokomotiv", Fransada "Bordo", İngiltərədə "Çelsi", "Portsmut", "Çarlton" və "Fulhem" klublarında oynayıb. O, milli komandasında 55 oyun keçirib. Rusiya milli komandasının 2004-2005-ci illərdə sabiq kapitanıdır. Smertin 2006-cı ilin oktyabrında Rusiya millisinin tərkibində İsrail komandasına qarşı son oyununa çıxdı (oyun 1:1 hesabı ilə başa çatdı), bundan sonra Qus Hiddinq (bir sıra güclü Avropa klublarının və bir neçə yığmalarının uğurlu məşqçisi kimi tanınır, Rusiyanın əməkdar məşqçisidir) Smertinin də daxil olduğu bəzi veteranların xidmətindən imtina etdi. 2007-ci ildən hələ oyunçu kimi Rusiya televiziyasında futbol üzrə Rusiya yığmasının matçlarını və çempionat oyunlarını şərh edirdi, yayım üçün «1-ci kanal» vasitəsilə həmşərhçi kimi cəlb olunurdu. Onun şərhçi kimi debütü 12 sentyabr 2007-ci ilin İngiltərə 3 : 0 Rusiya matçına təsadüf etdi. 2009-2011 illərdə Altay vilayətinin 5-ci çağırış deputatı seçilib. 2008-ci ilin sentyabrında "Fulhem"dən ayrıldıqdan sonra klubsuz qalan 34 yaşlı yarımmüdafiəçi 2009-cu ilin iyulunda futbolçu karyerasını bitirmək barədə qərarını açıqlayıb. 2010-cu ildən yeni yaradılmış "Lokomotiv" (Moskva) klubunun çimərlik futbolunda çıxış etdi və komandası ilə Rusiyanın 2010 və 2011-ci illər çempionatını qazandı. 12 noyabr 2010-cu ildə "Lokomotiv"in prezidentinin seçim siyasəti üzrə məsləhətçisi oldu. Bundan sonra hətta bir il "Lokomotiv" klubunun analitik məsələlər və idman üzrə vitse-prezidenti işlədi. 29 may 2012-ci ildə “sosial psixologiya” ixtiasası üzrə psixoloji elmlər namizədi alimlik dərəcəsi üçün dissertasiyasını müdafiə etdi. 2013-2018-ci illərdə Moskva “Dinamo”sunda Prezident məsləhətçisi işlədi. 2018-ci ilin oktyabrından Rusiya Futbol İttifaqının (RFİ) irqçiliklə mübarizə məsələləri üzrə zabiti, RFİ-nin regional siyasət və beynəlxalq əlaqələr üzrə direktorudur. Böyük qardaşı Yevgeni də futbolçudur, Barnaulda futbol akademiyasının təsisçisidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
242 231 246 270 254 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.