AzizA

AzizA Şeirlər 7-05-2025, 17:30

Bir film izləyirdik, sən isə məni…

Bir film izləyirdik, sən isə məni…

Əlimi əlinə alıb əyləşdin,

Əlindən od aldı soyuq ürəyim,

Deyirsən: — “rahatsan”, amma bilsən ki,

Az qalır köksümdən qopa ürəyim.

Biz film izləyirdik, mən isə səni…

Bir film izləyirdik, sən isə məni…

Qəlbimdə bahar var, çöldə qış boran,

Zal dolu, qaranlıq, işıqlı ekran,

Bilirəm ağlından keçirdin sən də

Zamanı dondura bilsəydik o an…

Biz film izləyərdik, mən isə səni…

Bir film izləyərdik, sən isə məni…

Dəyişdi rejissor, ssenari, mövzu,

Vardır hər bir rolun öz dadı, duzu,

Səndən gizləsəm də, qəlbimin buzu,

Əridi əlimi hər öpdükcə sən.

Biz film izləyirdik, mən isə səni…

Bir film izləyirdik, sən isə məni…

Nələr düşünürsən baxışı oğrun,

Nədir de yalanın, nələrdir doğrun,

Keçdimi qəlbindən fırtına, çovğun?

Yoxsa yaz günəşi şəfəq saçırdı?..

Biz film izləyirdik, mən isə səni…

Bir film izləyirdik, sən isə məni…

Ağlımın könlümə hökm etdiyi vaxt,

Könlümdə qurmusan sevgidən bir taxt,

Sən niyə gəlmisən bu qədər bivaxt?!

Mən film izləyirdim, sən isə məni…

Sən film izləyirdin, mən isə səni…

Fatimə Azad 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
248 253 246 268 213 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.