AzizA

AzizA Müxtəlif 8-05-2025, 13:30

Niyə evin tavanı və divarları eyni rəngdə olmalıdır?

Niyə evin tavanı və divarları eyni rəngdə olmalıdır?

Mənzillərin çoxunda tavanın rəngi divarlardan fərqli olur. Bəs bu dizayn seçimi doğrudurmu?

Bununla bağlı bəzi məlumatları təqdim edirik:

Tavanla divarların “birləşməsi” nə üçün faydalıdır?

Bu dizayn texnikasının iki əsas üstünlüyü var:

1. Vizual olaraq məkanın genişlənməsi

Ən böyük üstünlük ondan ibarətdir ki, otaq daha geniş görünür. Əgər divar və tavan eyni rəngdədirsə, otaq bütöv və harmonik görünür. Bu halda məkan zonalara bölünmüş kimi hiss olunmur, sanki tək bir vahid sahə təsiri yaradır. Nəticədə otaq daha geniş, daha komfortlu və rahat görünür. Əgər sizə belə dizayn çox sadə və darıxdırıcı gəlirsə, bir divarı aksent divar (fərqli rəngdə və ya naxışda) edə bilərsiniz. Əsas şərt – digər divarlar və tavan eyni rəngdə qalmalıdır.

2. Artıq detallardan imtina imkanı

Tavanla divarların rənglərinin birləşməsi sizə artıq dekorativ elementlərdən imtina etmək imkanı verir. Məsələn, tavan və divar bir rəngdə olduqda, artıq tavan pervazları (plintus) ilə birləşmə yerlərini örtmək ehtiyacı yoxdur. Bu da öz növbəsində vaxtınıza, enerjinizə və pulunuza qənaət etməyə imkan verir. Əgər tavan və divarlar arasında kəskin rəng fərqi varsa, interyeri "tamamlamaq" və balanslaşdırmaq üçün əlavə bəzəklər lazım gəlir – bu da dizaynın yüklənməsinə səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 201 203 215 232 240

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.