ice berg

ice berg Evlilik 8-05-2025, 15:00

Evlənəndən sonra dəyişən insanlar

Evlənəndən sonra dəyişən insanlar

Günümüzdə, “evləndikdən bir müddət sonra həyat yoldaşım çox dəyişdi” və ya “nişanlı vaxtı etdiyi iləevləndikdən sonra etdikləri arasında çox fərq var” deyənlərin sayı kifayət qədərdir. Əlbəttə, bunlar doğru ola bilir. Nişanlı vaxtı müəyyən saat görüşdüyünüz, gördüyünüz insanların evləndikdən sonra fərqli olması görülən haldır. Çünki qeyd etdiyimiz kimi nişanlılıq zamanı müəyyən saat aralığında və ya müəyyən günlərdə gördüyünüz insanla evləndikdən sonra bütün gün birlikdə zaman keçirirsiniz. İnsanlar evlənənə qədər özünü gizlədə bilir. Evləndikdən sonra isə bu uzun müddət davam etmir. İnsanlar bir-birinin görmədiyi tərəflərini də görə bilir. Əgər evlilikdə çox dəyişən insan varsa, o dəyişməyib deməkdir. Yəni əslində hər zaman elə imiş və qarşşı tərəfə o tərəfini göstərmirmiş deməkdir. Evlənəndən sonra isə bu gizlətdiyi xisləti yavaş-yavaş ortaya çıxır. Elə insanlar var ki, nişanlılıq vaxtındakı ilə evlilik vaxtları arasında çox fərq var. Sanki insan dəyişir və başqasına çevrilir. Bu həmin insanların nə qədər peşəkar bir yalançı olmaqlarını göstərir.

 

Buna görə də evlilik öncəsi psixoloji yoxlanış vacib məsələlərdəndir. Belə ki, insanların bu münasibətə başlamamışdan əvvəl və ya evlilik öncəsi psixoloji müayinədən keçməsi əsas şərtlərdən biridir. Cütlüklər arasındakı münasibətlərin və yaşanan problemlərin psixoloqlar tərəfindən tənzimlənməsi onların gələcək həyatına müsbət mənada təsir göstərə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 250 234 208 255 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.