ice berg

ice berg Programlar 8-05-2025, 22:00

“WhatsApp” artıq hər kəsdə fərqli olacaq - Mesaj bölməsi tamamilə dəyişdi

“WhatsApp” artıq hər kəsdə fərqli olacaq - Mesaj bölməsi tamamilə dəyişdi


Loading.aZ xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər Meta AI sistemindən istifadə edərək öz şəxsi divar kağızlarını yarada biləcəklər. Yenilik “WhatsApp”ın android beta versiyasında istifadəyə verilib. Bildirilir ki, yeni funksiya istifadəçilərə süni intellektin dəstəyi ilə fərdi divar kağızları yaratmağa imkan verir.

 

Yeni funksiyaya parametrlərdəki "Söhbət Mövzuları" bölməsindən daxil olmaq olar. Meta-nın süni intellekt texnologiyası olan Meta AI ilə işləyən sistem, verilən mətn əmrlərinə uyğun olaraq müvafiq ölçüdə və dizaynda divar kağızları dizayn edir. İstifadəçilər sadəcə bir kliklə şəkilləri söhbət fonu kimi qeyd edə biləcəklər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
256 219 268 272 213 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.