ice berg

ice berg Programlar 11-05-2025, 20:00

"WhatsApp"dan 15 il sonra BİR İLK

"WhatsApp"dan 15 il sonra BİR İLK


"WhatsApp" tərtibatçıları "Apple" planşetlərinin istifadəçilərinə ilk dəfə olaraq tətbiqə tam giriş təklif edərək, "iPad" üçün mesajlaşma proqramının rəsmi beta-testinə başlayıblar.

 

Loading.aZ xəbər verir ki, testə qeydiyyat "Reddit" forumunun istifadəçiləri tərəfindən müşahidə edilib.

 

Qeydiyyat "TestFlight" platforması vasitəsilə təklif edilsə də, hazırda boş yerlər mövcud deyil.

 

Hazırda "Apple" planşetlərinin istifadəçiləri "WhatsApp"dan veb-versiya formatında istifadə edə bilərlər. Bu formada mesajlaşma proqramı əsas funksiyaları dəstəkləyir: Mesajlaşma, audio və video zənglər. Lakin "iPad" üçün tamfunksiyalı tətbiqin buraxılması yeni imkanlar, həmçinin daha rahat və genişlənmiş funksionallıq təqdim edəcək.

 

Xatırladaq ki, ilk "iPad" 2010-cu ildə buraxılıb və o vaxtdan bəri bu cihazlar planşetlər kateqoriyasında ən populyar qurğulardan biri olaraq qalır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
308 320 296 321 326 280

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.