HASANLY

HASANLY İdman 12-05-2025, 10:58

A Seriyası: "Napoli" çempionluq yarışında büdrədi

A Seriyası: "Napoli" çempionluq yarışında büdrədi

İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.

Loading.Az xəbər verir ki, lider "Napoli" "Cenoa" ilə ev matçına çıxıb.

"Dieqo Armando Maradona" stadionundakı qarşılaşmada meydan sahibləri azarkeşlərini sevindirə bilməyiblər. Belə ki, görüş 2:2 hesablı bərabərliklə bitib.

Bu nəticədən sonra neapollular çempionatın lideri olaraq qalsalar da, onların ən yaxın izləyicisi olan "İnter"lə cəmi 1 xal fərqləri var - 78/77. "Cenoa" isə 40 xalla 13-cüdür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
279 229 244 228 202 256

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.