HASANLY

HASANLY Maraqlı 12-05-2025, 11:09

11 min metr dərinlikdən tapılan əşya hamını təəccübləndirdi

11 min metr dərinlikdən tapılan əşya hamını təəccübləndirdi

Mariana çökəkliyindəki Çelencer dərəsində tədqiqat kamerası okeanın dibinə - 10900 metrdən çox dərinliyə çatıb və ekzotik dəniz canlıları, yaxud da geoloji anomaliyalar əvəzinə pivə şüşəsi aşkar edib.

Loading.Az focus.ua-ya istinadən xəbər verir ki, bu tapıntı alimləri okeanın vəziyyəti haqqında düşünməyə vadar edib.

Məlumata görə, bəşəriyyət dünya okeanının yalnız 5%-ni araşdırıb və nə qədər dərinə getsə, bir o qədər heyrətamiz və bəzən də narahatedici kəşflərlə qarşılaşacaq.

Pivə şüşəsinin təxminən 1100 atmosfer təzyiqi altında salamat qalması da təəccübləndirib. Tədqiqatçılar izah ediblər ki, şüşənin qapağı açıq olub və su onun içərisinə dolaraq daxili və xarici təzyiqi balanslaşdırıb. Bu, şüşənin qırılmasının qarşısını alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 250 239 280 275 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.