AzizA

AzizA İdman 13-05-2025, 07:30

Millimiz Belarus və Monteneqro ilə qarşılaşacaq

Millimiz Belarus və Monteneqro ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 26-dan iyunun 9-dək təlim-məşq toplanışında olacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 yığması əvvəlcə mayın 26-dan iyunun 2-dək Bakıda, ardınca iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, daha sonra isə iyunun 6-dan 9-dək yenidən Bakıda hazırlıq keçəcək. Təlim-məşq toplanışı çərçivəsində millimiz iki yoxlama oyunu keçirəcək. U-21 komandası iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupuna qarşı qüvvəsini sınayacaq. Bu görüşün saatı və keçiriləcəyi stadionla bağlı əlavə məlumat veriləcək.

İkinci sınaq matçı iyunun 8-də Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 yığmasına qarşı baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
247 296 293 282 301 281

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.