AzizA

AzizA Ana və uşaq 13-05-2025, 18:30

Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər

Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər

Son günlər uşaqlar arasında kəskin allergik reaksiyalar, səpki, qaşınma, qızartı, burun axması və digər simptomlar müşahidə olunur.

Bəzən bu əlamətlərlə ev şəraitində mübarizə aparmaq mümkün olmur və valideynlər həkim qapısını döyməyə məcbur qalırlar.

Bir valideynin sözlərinə görə, altıaylıq körpəsi əlavə qidalanmaya keçid zamanı qabaqdan istifadə etdikdən sonra ciddi allergik reaksiya ilə üzləşib:

 "Altıaylıq körpəm var. Əlavə qida rasionuna keçəndə qabaq verdim. Övladım allergiya oldu. Cəmi 15 dəqiqə ərzində bütün bədəni səpdi. Gördüm ki, bir az da keçsə, şoka düşəcək. Buna görə, təcili tibbi yardım çağırdıq. Vaxtında müdaxilə edilməsəydi, bəlkə də, körpəm həyatını itirə bilərdi".

Uşaqlarda bu cür əlamətlərin müşahidə olunmasına əsas səbəb qəbul etdikləri qidalardır.

Həkim Nərmin Zakirlinin sözlərinə görə, onun işlədiyi xəstəxanaya qeyd olunan simptomlarla hər gün ən azı 15-20 pasiyent müraciət edir:

"Alma, banan, peçenye, balıq məhsulları, yerfıstığı kimi qidalar allergiyaya səbəb ola bilər. Bal isə çox təhlükəli hesab olunur və bu səbəbdən 3 yaşına qədər uşaqlara verilməsi tövsiyə olunmur".

Mütəxəssis bildirir ki, belə hallarda çox yubanmadan pediatr və ya allerqoloqa müraciət etmək lazımdır. Antihistamin dərmanlar varsa, həkimlə məsləhətləşərək, uşağa evdəcə ilkin yardım etmək və dərhal xəstəxanaya çatdırmaq tövsiyə olunur. Çünki valideynlər gecikmə zamanı arzuolunmaz nəticələrlə qarşılaşa bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
282 269 320 267 303 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.