ice berg

ice berg Münasibətlər 16-05-2025, 09:00

Uğurlu ailə və cütlüklərin ortaq cəhətləri

Uğurlu ailə və cütlüklərin ortaq cəhətləri

Münasibətdə uğurlu və xoşbəxt olmaq hər bir cütlüyün istəyidir. Uğurlu ailə və cütlüklərin ortaq cəhətləri və aşağıdakı oxşarlıqları var ki, onları təkrarlayaraq ailə xoşbəxtliyini yarada bilərsiniz.

 

Gəlin bu cəhətlərdən 11-ini nəzərdən keçirək:

 

1.Tərəflərin hər ikisi münasibətlərin yaxşılığı üçün çalışır

 

Xoşbəxt münasibət qurmağı bacarmış insanların hər biri mən olmağı tərgidib biz olmağı bacarmış insanlardır. Onlar hər hansı bir qərarı verməzdən öncə "mənim üçün nə yaxşıdır?" deyil, "bizim üçün nə yaxşıdır?" düşünür və cavaba uyğun seçimlər edir.

 

2.Hər birinin əvvəlcədən razılaşdırılmış tapşırıqları və öhdəlikləri var

 

Komanda olmağı bacarmaq, həm də ailədaxili öhdəliklərin ədalətli bölgüsü ilə mümkün olur. Uğurlu cütlüklərdə hər bir tərəf öz üzərinə düşən işi bilir və onu zamanında etməyə səy göstərir.

 

3.Hər birinin kənar hobbiləri və maraqları var

 

Uğurlu cütlüklər heç də hər zaman eyni maraq, hobbi və dəyərləri bölüşmürlər. Lakin, onlar hər zaman partnyorlarının onların maraq dairəsində olmayan hobbilərinə dəstək olurlar.

 

4.Onlar öz sahib olduqlarına görə minnətdarlıq hissi keçirirlər və xırda məsələlərə görə narahat olmurlar 

 

Minnətdarlıq tək münasibət səadətini deyil, həyatdan ümumi məmnuniyyəti yüksəldən xoşbəxtlik hissidir. Bərabərliyə və partnyoruna görə minnətdarlıq hissi keçirmək, partnyorunun müsbət xüsusiyyətlərini görmək, dilə gətirmək və dəyərləndirərək onlar üçün minnətdarlıq hiss etmək münasibətin uzunömürlü və xoşbəxt olmasına gətirir. Minnətdar insanlar xırda məsələlərə görə narahat olmurlar.

 

5.Dava etdikləri mövzuları diqqətlə seçirlər

 

Araşdırmalar deyir ki, münaqişə səbəblərimizin 69%-i fərqliliklərimizdən yaranır. Şəxsiyyət tipimizdəki, inanclarımızdakı, dəyərlərimizdəki və həyat tərzimizdəki fərqliliklər həll olunması mümükünsüz əbədi problemlərdir. Uğurlu cütlüklər digər 31% həll olunan problemləri həll etməyə çalışırlar. 69% həll olunmayacaq problemlər barədə isə konstruktiv dialoq qururlar və partnyorlarına söhbətlə dəstək olmağa çalışırlar.

 

6.Münasibətlərinə çoxlu əyləncə daxildir və hətta işlərin pis getdiyi zamanda belə onlar yumor hissini qoruyub saxlayırlar

 

Münasibətin uğuru münasibətdəki pozitiv-neqativ nisbətindən asılıdır. Xoşbəxt münasibətlərdə bu nisbət 20-nin 1-ədir. Birgə deyib gülmək, əylənmək təkcə insan ömrünü deyil, münasibətin ömrünü də uzadır.

 

7.Bir-birindən öyrənirlər və üslub cəhətdən bir-birini tamamlayırlar

 

Evlilik və münasibət birgə öyrənmə və böyümə yoludur. Uğurlu cütlüklər bir birinin müsbət yönlərindən öyrənir, bir-birinin çatışmazlıqlarını isə qapadırlar.

 

8.Onlar kompromisə gedirlər və bir-birlərinə qayğı göstərirlər

 

Empatiya və kompromisə getmək bacarığı uğurlu münasibətin təməl şərtlərindəndir. Əgər sevgi cütlüyün birgə sahib olduğu bir bitkidirsə, bir-birinə qayğı bu bitkinin yaşaması üçün gərəkli günəş işığı və suyudur.

 

9.Həyata ortaq perspektivdən baxırlar

 

Uğurlu cütlüklər həyata eyni istiqamətdən baxırlar: onların gələcəklə bağlı ortaq vizyonları, məqsədləri və planları var, bura hər iki tərəfin arzu, ehtiyac və hədəfləri daxildir. Ortaq perspektiv və ümumi vizyon onlara komanda olmağa imkan verir.

 

10.Valideynlik məsələləri, xərcləmə vərdişləri, ev işləri ilə bağlı ortaq məxrəcə gəlirlər

 

Cütlüklərdə hər 2 tərəfin fərqli şəkildə yetişdirilməsi, fərqli inanclar aşılanaraq böyüdüləsi və öz ailəsində fərqli rol modellərə sahib olması, onların fərqli həyat təcrübələrinə, inanclara və vərdişlərə sahib olması ilə nəticələnir. Lakin, uğurlu cütlüklər bu fərqlilikləri danışıqlar yolu ilə aşa bilir, lazım gəldikdə kompromisə gedə bilir və partnyor ehtiyaclarına uyğun qərarlar verə bilirlər.

 

11.Hər biri çalışır ki, münasibətləri hər ikisin həyatını daha dolğun etsin.

 

Evlilik və münasibət insanın çoxşaxəli həyat sferalarından ən böyüyüdür. Bu sferanın uğurlu və xoşbəxt olması həyatımızın sağlamlıq, karyera, maliyyə və digər sahələrinə birbaşa təsir edir. Uğurlu cütlüklər bunu dərk edir və həyatlarında balans yaratmaq üçün evlilikləri və münasibətləri üçün səy göstərirlər.

 

İnanıram ki, bölüşdüyüm məsələləri nəzərə alıb münasibətinizə uzun müddət tətbiq etsəniz bir müddət sonra siz də ətrafınız üçün nümunə uğurlu cütlüklərdən sayılacaqsınız!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 232 247 279 292 227

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.