ice berg

ice berg Sevgi 16-05-2025, 23:00

Yarım qalmışdıq onun gedişi ilə...

Yarım qalmışdıq onun gedişi ilə...

“Mənə niyə bir dənə də olsun xoş söz demirsən?”-deyərdi. Susardım.

Getməsəydi, biləcəkdi...

Səhifə- səhifə onu yazdığımı.

Gedərkən belə ona canım demişdim. Bəlkə canım olduğunu xatırlayıb, canıma qıymaz deyə. Axı bir insanın canına qıymaq elə də asan, adi bir şey deyildi... O isə sözlərimə məhəl qoymayıb, arxasına belə baxmadan addımlarını möhkəmlətdi. Atdığı hər addımda isə sanki qəlbimi tapdalayır, içimdə yeni yaralar açırdı.

Həm yeni yaralar açıb, həm də içimdə izah etməsi mümkün olmayan bir boşluq yaratmışdı gedərkən. Yarım qalmışdıq onun gedişi ilə... Halbuki mən onu tanımamışdan öncə də yarım idim və onun gəlişi ilə tamamlandığımı zənn edirdim. Amma daha bir dəfə yanıltmışdı məni...

Kimiləri gedər, arxasında ağrılar, əzablar buraxar.

Kimiləri gedər, arxasında yağışda belə gizlədə bilməyəcəyi gözyaşları buraxar.

Kimiləri gedər, unudulmayan, xatırladıqca isə insanın canını daha çox yandıran acı xatirələr buraxar.

O da getdi...

Arxasında bir kitab buraxdı🖤🥀

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
220 257 255 255 195 221

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.