ice berg

ice berg Mətbəx 16-05-2025, 16:00

Üstü Şəkər Tozlu Qurabiyə

Üstü Şəkər Tozlu Qurabiyə

Xəmiri Üçün

80 qram Marqarin Və Ya Kərə Yağı 

3/4 stəkan Qatıq

3/4 stəkan Şəkər Tozu

1 paket Vanil

1/2 çay qaşığı Çay Sodası

Ala bildiyi qədər Un

Üstü Üçün

Yumurtanın Sarısı

Şəkər Tozu

Üstü Şəkər Tozlu Qurabiyə

Hazırlanması

1

Xəmiri Hazırlamaq Üçün

Yağ normal odda əridilir.

 

2

Biraz soyuduqda (3-4 dəqiqə sonra) qatıq və çay sodası birlikdə qarışdırılıb yağa əlavə edilir.

 

3

Sonra şəkər tozu və vanil əlavə edilib qarışdırılır.

 

4

Daha sonra az-az un əlavə edilərək ələ yapışmayan yumşaq xəmir yoğrulur.

 

5

Sonda isə yumurta böyüklükdə parçalar qopardılıb ovucun içində yumrulanıb listə düzülür, üzərlərinə fırça ilə yumurta sarısı çəkilir, şəkər tozuna batırılır və 170° C sobada təxminən 30-35 dəqiqə nəzarət edilərək bişirilir.

 

6

Nuş olsun...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 232 266 251 220 263

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.