ice berg

ice berg Məşhurlar 16-05-2025, 18:00

“Avroviziya”ya mən getsəm, finala çıxarıq..." - Elza Seyidcahandan İLGİNC AÇIQLAMA

“Avroviziya”ya mən getsəm, finala çıxarıq..." - Elza Seyidcahandan İLGİNC AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Azərbaycan “Avroviziya-2025” mahnı müsabiqəsində birinci yarımfinalda mübarizəni dayandırıb. Bu il ölkəmizi təmsil edən “Mamagama” qrupu səhnədə maraqlı və fərqli performansla çıxış etsə də, təəssüf ki, finala adlaya bilmədi.

 

Loading aZ mövzu ətrafında musavat.com-a fikirlərini bölüşən Əməkdar artist Elza Seyidcahan təmsilçilərimizin səhnə çıxışını bəyənib:

 

“Təmsilçilərimizin performansı çox xoşuma gəldi. Xüsusən də səhnədə saz alətindən istifadə etmələri təqdirəlayiq idi. Bu, bizim milli ruhumuzu ifadə edən bir detal idi. Amma ümidləri qırılmasın – qarşıda onları uğurlu gələcək gözləyir”.

 

Elza Seyidcahan gələn il “Avroviziya” səhnəsinə özü çıxmaq istədiyini də açıqlayıb:

 

“Əgər gələn il mən getsəm, inşallah ki, Azərbaycan finala çıxar. Mən gedib birinci yeri necə lazımdır, alıb gələrəm!”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
297 254 242 261 269 268

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.