HASANLY

HASANLY İdman 19-05-2025, 11:15

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edən klublar bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edən klublar bəlli oldu

2025/2026 mövsümü üçün Çempionlar Liqasının əsas mərhələsinə biletlər öz sahiblərini tapmaqda davam edir.

Loading.Az xəbər verir ki, ötən gün "Qalatasaray" Türkiyə çempionu olub və qitənin əsas klub turnirinin liqa mərhələsinə vəsiqəni təmin edib.

Xatırladaq ki, əsas mərhələdə 36 komanda mübarizə aparacaq. 29 komanda birbaşa, daha 7-si isə yayda seçmə mərhələlərdən sonra Liqa mərhələsinə yüksələcək.

Artıq 20 komanda Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edib:

İngiltərə: "Liverpul", "Arsenal".

İspaniya: "Barselona", ​​"Real Madrid", "Atletiko Madrid", "Atletik Bilbao".

İtaliya: "Napoli", "İnter", "Atalanta".

Almaniya: "Bavariya", "Bayer Leverkuzen", "Ayntraxt", "Borussiya Dortmund".

Fransa: PSJ, "Marsel", "Monako".

Niderland: PSV, "Ayaks".

Portuqaliya: "Sportinq".

Türkiyə: "Qalatasaray".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 187 165 150 208 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.