ice berg

ice berg Mətbəx 21-05-2025, 07:00

İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

Bilirik ki, təkcə şokolad haqqında düşünmək belə insanların əksəriyyətində ürək döyüntüsünü sürətləndirir və göz bəbəklərini genişləndirir. Məhz buna görə də, müxtəlif şokoladlı desertlər həmişə böyük populyarlıq qazanır. Parlaq tortlar, yumşaq şokoladlı maffinlər və kekslər - insan hər birindən dadmaq istəyir! Şokolad həvəskarları üçün ürəkləri əridəcək sadə və ləzzətli şokoladlı keks resepti təqdim edirik.

 

Loading.aZ keks reseptini təqdim edir:

 

Tərkibi:


1 ədəd yumurta

 

90 qram şəkər tozu

 

135 milliltr süd

 

90 qram kərə yağı

 

160 qram un

 

30 qram kakao tozu

 

8 qram qabartma tozu

 

75 qram bişirməyə davamlı (termostabill) tünd şokolad (xırda doğranmış)

 

Hazırlanma qaydası

 

Yumurtanı şəkərlə çalın. Üzərinə əridilmiş (amma isti olmayan) kərə yağını və südü əlavə edib yaxşıca qarışdırın. Unu, kakaonu və qabartma tozunu ayrıca bir qabda süzərək qarışdırın və sonra yumşaq xəmir əldə olunana qədər qarışdırın.

 

Doğranmış şokoladı əlavə edib spatula ilə qarışdırın. Xəmiri muffin qəliblərinə 75-80 faiz dolacaq şəkildə paylayın və səthini hamarlayın. Sobanı əvvəlcədən 180°C dərəcədə qızdırın.

 

Keksləri 20–25 dəqiqə bişirin. Hazır olub-olmadığını kürəcik və ya diş çöpü ilə yoxlaya bilərsiniz - təmiz çıxarsa, bişib deməkdir.

 

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 255 287 290 267 267

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.