HASANLY

HASANLY İdman 21-05-2025, 14:12

Azərbaycanın II Liqasında çempion bəlli olacaq

Azərbaycanın II Liqasında çempion bəlli olacaq

Bu gün Azərbaycan II Liqasında mövsümə yekun vurulacaq.

Loading.Az xəbər verir ki, 26-cı turun son oyun günündə dörd matç keçiriləcək. 2024/25 mövsümünün çempionu da məhz son turda - bu gün bəlli olacaq.

Lider "Şahdağ Qusar" "Dinamo"nun qonağı olacaq. İkinci pillədəki "Şəfa" isə səfərdə "Qusar"la qarşılaşacaq. "Şahdağ Qusar"ın 71, "Şəfa"nın isə 68 xalı var.

Bu gün, həmçinin "Şəmkir" "Şəki Siti" ilə, "Araz-Saatlı" isə "Haypers Quba" ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl II Liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" I Liqaya vəsiqəni təmin edib.

21 may

Azərbaycan II Liqa

XXVI tur

Saat 17:00, "Şəmkir" - "Şəki Siti";

Saat 17:00, "Araz Saatlı" - "Hypers Guba";

Saat 17:00, "Dinamo" - "Şahdağ Qusar";

Saat 17:00, "Qusar" - "Şəfa"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
261 234 208 245 231 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.