İtaliyanın 3 klubu "Mançester Yunayted"in oyunçusunu almaq istəyir
"Mançester Yunayted"in hücumçusu Rasmus Höylund İtaliyaya qayıda bilər.
Loading.aZ xəbər verir ki, 22 yaşlı danimarkalı futbolçu uğrunda mübarizəyə "İnter" də qoşulub. A Seriyası klubu yay transfer pəncərəsində forvardı gücləndirici hesab edir.
Bundan əvvəl Höylundla İtaliyanın daha iki komandasının - "Yuventus" və "Napoli"nin də maraqlandığı bildirilib.
Apreldə məlum olub ki, "Mançester Yunayted" oyunçunu 60 milyon avroya satmağa hazırdır.
Höylund "Atalanta"nın heyətində A Seriyasında çıxış edib. Bu mövsüm danimarkalı bütün turnirlərdə 51 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.







