HASANLY

HASANLY İdman 23-05-2025, 11:49

UEFA Avropa Liqasının rəmzi komandası bəlli olub

UEFA Avropa Liqasının rəmzi komandası bəlli olub

UEFA-nın texniki müşahidəçilər qrupu 2024/2025 mövsümünün Avropa Liqasının rəmzi komandasını seçib.

Loading.Az xəbər verir ki, heyətdə "Tottenhem"dən dörd, "Budo-Qlimt" və "Mançester Yunayted"dən iki, "Ayntraxt", "Lion" və "Atletik Bilbao"dan bir oyunçu yer alıb.

Qapıçı: Gulyelmo Vikario ("Tottenhem").

Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Kristian Romero ("Tottenhem"), Robin Kox ("Ayntraxt"), Fredrik Andre Byorkan ("Budyo-Qlimt").

Yarımmüdafiəçilər: Patrik Berq ("Budyo-Qlimt"), Bruno Fernandes ("Mançester Yunayted"), Kazemiro ("Mançester Yunayted").

Hücumçular: Rayan Şerki ("Lion"), Dominik Solanke ("Tottenhem"), Niko Uilyams ("Atletik Bilbao").

Qeyd edək ki, Avropa Liqasının hazırkı qalibi "Tottenhem"dir. 21 mayda keçirilən turnirin final görüşündə London klubu "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanaraq çempion olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 200 197 197 204 219

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.