HASANLY

HASANLY İdman 24-05-2025, 11:00

Ronaldo İspaniyanın "Valyadolid" klubunu 50 milyon avroya satdı

Ronaldo İspaniyanın "Valyadolid" klubunu 50 milyon avroya satdı

Futbol üzrə Braziliya milli komandası ilə ikiqat dünya çempionu olmuş Ronaldo "Valyadolid"in nəzarət paketini Şimali Amerika investisiya qrupuna satmaq üçün müqavilə imzalayıb.

Loading.Az xəbər verir ki, bu barədə İspaniya klubunun saytı məlumat yayıb.

Müqavilə İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.

"Marca" yazır ki, klub Meksika, ABŞ və İspaniyadan ondan bir çox investorun daxil olduğu "Ignite" fonduna məxsus olacaq. Klubun yeni rəhbəri "Ignite" şirkətinin rəhbəri Qabriel Solares olacaq. Razılaşmanın qiyməti 50 milyon avrodur.

Xatırladaq ki, Ronaldo 2018-ci ildən "Valyadolid"in sahibidir. Cari mövsümün sonunda klub İspaniya çempionatının yüksək divizionunu tərk edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 217 251 196 229 217

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.