amon

amon İdman 24-05-2025, 20:45

Qurban Qurbanov “Barselona”nın düşərgəsində Hans-Diter Fliklə görüşüb

Qurban Qurbanov “Barselona”nın düşərgəsində Hans-Diter Fliklə görüşüb

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Barselona” klubunun düşərgəsində olub.

Ağdam təmsilçisindən "Loading.Az"a verilən məlumata görə, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas, həm də aşağı yaş komandalarının – U-19, U-15 və U-10 komandalarının məşqlərini izləyib.

Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti, klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb.

Flik "köhlən atlar"ın baş məşqçisinə növbəti çempionatın gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib. Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 235 240 217 219 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.