amon

amon İdman 24-05-2025, 20:51

Argentina millisinin üzvü Bakıda keçirilən dünya çempionatının təşkilatçılığından razıdır

Argentina millisinin üzvü Bakıda keçirilən dünya çempionatının təşkilatçılığından razıdır

"Təşkilatçılıqla bağlı yalnız müsbət fikirlər səsləndirə bilərəm".

Bunu  Loading.Az a açıqlamasında Argentina yığmasının futbolçusu Lusiano Monserrat Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı haqqında danışarkən deyib.

O, yarışın təşkilatçılığı barədə xoş ifadələr işlədib:

"Hər şey çox yaxşı təşkil olunub. Bakı gözəl şəhərdir. Milli Gimnastika Arenası futbol oynamaq üçün əlverişlidir".

L.Monserrat mundialdakı çıxışlarına da toxunub:

"Son olaraq Gürcüstanla qarşılaşdıq, məğlub olmaq istəməzdik. Rəqib komandaların heyətlərinin əksəriyyəti peşəkar oyunçulardan qurulub. Bizdə isə elə futbolçu yoxdur. Dünya çempionatına gələrkən əsas hədəfimiz qrupdan çıxmaq idi".

Qeyd edək ki, Argentina yer aldığı G qrupunda Çexiyaya 1:2, Gürcüstana isə 1:6 hesabı ilə uduzub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 233 208 202 219 261

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.