ice berg

ice berg Mətbəx 25-05-2025, 08:00

Yumşaq biskvit tortu - RESEPT

Yumşaq biskvit tortu - RESEPT

Biskvit tortları hazırlanma baxımından çox sadədir, lakin incə dadı ilə sevindirir. "Viktoriya biskviti" adlanan bu tort adətən meyvə cemləri və havalı qaymaq kremi ilə hazırlanır. Tanınmış restoran tənqidçisi və aşpaz Nigella Lawson bu biskviti illərlə hazırladığını bildirir və onu əvvəlcədən bişirməməyi tövsiyə edir – çünki tez quruyur. Onun fikrincə, bu sadə zövqdən hazırkən zövq almaq lazımdır.

 

Loading.aZ bu tort reseptini sizə təqdim edir:

 

Tərkibi:


Xəmir üçün:

Kərə yağı – 225 q

 

Pudra şəkəri – 225 q

 

Vanil ekstraktı – 1 çay qaşığı

 

Un – 200 q

 

Qarğıdalı unu – 25 q

 

Qabartma tozu – 2,5 çay qaşığı

 

Duz – bir çimdik

 

Yumurtalar – 4 ədəd

 

Süd – 2-3 yemək qaşığı

 

İçlik və bəzək üçün:

Çəyirdəksiz moruq mürəbbəsi – 75 q

 

Təzə moruq – 10 q

 

Yağlı qaymaq (çırpılmış) – 150 ml

 

Üzərinə səpmək üçün – pudra şəkəri

 

Hazırlanması

Sobanı qızdırın: 180°C (və ya fan ilə 160°C) qədər əvvəlcədən qızdırın. İki tort formasını kərə yağı ilə yağlayın və dibinə perqament kağızı sərin.

 

Xəmiri hazırlayın:

 

Kərə yağını və pudra şəkərini ağarana və hava kimi yüngül olana qədər mikserlə çalın. Vanil ekstraktı əlavə edin və qarışdırın. Ayrı qabda un, qarğıdalı unu, qabartma tozu və duzu qarışdırın. Yağlı qarışığa bir yumurta və ardından 1 xörək qaşığı un qarışığı əlavə edin, çalın. Bunu bütün yumurtalar bitənədək təkrar edin. Qalan unu əlavə edin və südü tədricən tökərək qarışdırın.

 

Biskvitləri bişirin:

Xəmiri bərabər şəkildə iki formaya bölün. Təxminən 20-25 dəqiqə bişirin. Bişdikdən sonra 10 dəqiqə formanın içində soyudun, sonra korjları çıxarıb restkaya qoyun və tam soyumağa qoyun.

 

Tortu yığın:

Alt korjun üzərinə mürəbbə çəkin, üstünə təzə moruq düzün və yüngülcə çəngəllə əzin. Üzərinə çırpılmış qaymaq qoyun və ikinci korju diqqətlə üstünə yerləşdirin. İstəyə görə pudra şəkəri ilə bəzəyin.

 

Əlavə məsləhət

Bu tortu hazırlandıqdan dərhal sonra təqdim etmək tövsiyə olunur. Əgər krem əvəzinə başqa dadlar sınamaq istəyirsinizsə, krem pendirli krem və ya limonlu kremlə də əvəzləyə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
221 252 285 260 263 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.