HASANLY

HASANLY İdman 26-05-2025, 11:59

Belçika klubu 90 illik kubok həsrətinə son qoydu

Belçika klubu 90 illik kubok həsrətinə son qoydu

"Union Sent-Jilluaz" klubu 1935-ci ildən sonra ilk dəfə Belçika çempionu olaraq adını tarixə yazdırıb.

Loading.Az xəbər verir ki, bu uğur oyunçuların seçimi üçün analitik modelə əsaslanan innovativ yanaşma sayəsində mümkün olub.

2018-ci ildə klubu britaniyalı iş adamı və professional poker oyunçusu Toni Blum aldıqdan sonra komanda dəyişməyə başlayıb. O, tərəfdaşı ilə birlikdə oyunçuları seçərkən yalnız onların oyun keyfiyyətlərini deyil, həm də mental xüsusiyyətlərini və meydandakı digər futbolçularla uyğunluğunu nəzərə alan sistem tətbiq edib.

Böyük transfer xərcləri olmadan "Union Sent-Jilluaz" rəqabətqabiliyyətli heyət qurmağı bacarıb və 2025-ci ildə 90 illik fasilədən sonra sensasiyalı şəkildə Belçika futbolunun zirvəsini fəth edə bilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
146 200 184 151 176 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.