AzizA

AzizA Maraqlı 27-05-2025, 10:30

Günəşin üzərində peyda olan nəhəng "odlu quş"un sirri açıldı

Günəşin üzərində peyda olan nəhəng "odlu quş"un sirri açıldı

Günəşin fonunda müşahidə edilən nəhəng "odlu quş"a bənzər sirli obyekt barədə alimlər öz fikirlərini bölüşüblər.

Məlumata görə, fövqəladə hadisə ilə bağlı bir neçə fərqli elmi izah təqdim olunub:

Astronom Aleksandr Kiselev bildirib ki, bu görüntü əslində Günəşə çox yaxın keçən, istiliyin təsirindən buxarlanan və ya hissələrə ayrılan bir kometa ola bilər. Belə kometalar "Günəşə toxunanlar" adlanır.

Digər versiyaya görə isə nüvə fizikası üzrə mütəxəssis Yevgeni Anpilogov hesab edir ki, bu nəhəng forma protuberans Günəş maddəsinin maqnit sahəsi ilə kosmosa atılması nəticəsində yaranıb. Onun sözlərinə görə, bu protuberansın məsafəsi 2,5 milyon kilometrə qədər uzanıb və bu, indiyə qədər qeydə alınan ən böyük göstəricidir. Ölçü baxımından obyekt Yer kürəsindən 10 dəfə böyükdür.

Möhtəşəm görüntülər Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası tərəfindən qeydə alınıb və qısa zamanda elm ictimaiyyətində ciddi maraq doğurub.

Alimlərin ilkin təhlilinə görə, bu "quş"un qanad açıqlığı təxminən 150 min kilometr təşkil edir. Obyektin görünüşü isə Günəşin üzərində pərvaz edən canlıya bənzəyir.

Maraqlısı odur ki, 25 may gecəsi Günəşdə güclü alışma qeydə alınıb, lakin bu hadisə Yer üçün təhlükə törətməyib - nə plazma, nə də hissəcik axını müşahidə olunub. 26 may üçün proqnozlar da müsbətdir: geomaqnit fırtınası ehtimalı cəmi 12%-dir.

Alimlər xəbərdarlıq edirlər ki, bu qeyri-adi hadisələr Günəş aktivliyinin artmaqda olduğunun göstəricisidir. 2025-2026-cı illərdə Günəş fəallığının zirvəyə çatacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 163 149 157 206 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.