AzizA

AzizA Maraqlı 27-05-2025, 11:30

Litium yataqlarında unikal xüsusiyyətlər aşkarlanıb - Yeni kəşf texnologiyanı dəyişə bilər

Litium yataqlarında unikal xüsusiyyətlər aşkarlanıb - Yeni kəşf texnologiyanı dəyişə bilər

Dünyanın əsas litium yataqlarının yerləşdiyi duzlu göllərdə alimlər unikal kimyəvi xüsusiyyətlər aşkar ediblər.

Məlumatına görə, bu kəşf litium hasilatı texnologiyalarını dəyişə bilər.

ABŞ-nin Dyuk Universitetindən professor Avner Venqoşun rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, Boliviyadakı məşhur Salyar-de-Uyuni duz gölündə və digər oxşar sahələrdə litiumun yerləşdiyi duzlu suların (rassolların) pH səviyyəsinə əsasən bor elementi təsir edir, bu isə okean və digər təbii duzlu sulardan fərqlənir.

Alimlər Uyuni gölündəki rassolların təbii halda neytral pH-a malik olduğunu, lakin litium hasilatı üçün istifadə olunan buxarlandırıcı hovuzlarda bu dəyərin kəskin şəkildə azaldığını (yəni turşulaşdığını) qeyd edirlər. Bu, borun tərkibdəki bor turşusu və boratlar şəklində reaksiyaya girməsi ilə bağlıdır.

Tədqiqatçılar 300-dən çox analiz nəticəsini o cümlədən Çili, Argentina, Boliviya və Tibet yaylasındakı duz göllərindən götürülmüş nümunələri araşdıraraq, borun litium rassollarında əsas kimyəvi təsiredici olduğunu sübut ediblər.

Bu məlumatlar gələcəkdə daha effektiv və ekoloji baxımdan dayanıqlı litium hasilatı texnologiyalarının yaradılmasına imkan verə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
167 174 197 192 180 179

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.