AzizA

AzizA Qadın Dünyası 28-05-2025, 19:30

Ancaq qadınların bildiyi hallar

Ancaq qadınların bildiyi hallar

1. Fil yaddaşı - Qadınların heç nəyi unutmaması, hətta ilk görüşədək xırda detallara kimi hər şeyi xatırlaması və mübahisə zamanı illər əvvəl baş verənləri açıb ağartmalarını kişilər heç xoşlamırlar.

2. İlk addımı həmişə kişidən gözləmək - bu xüsusiyyət, demək olar ki, bütün qadınlara xasdır İlk addımı, ilk mesajı həmişə kişilərdən gözləyirlər. Unudurlar ki, əslində kişilər də qadınlar kimi bir insandır və onlar kimi hissləri var. Əgər qadınlar qarşı tərəfdən gələn mesaj və ya hər hansı bir jestdən xoşbəxt olursa, kişilər də eyni hissi yaşayır.

3. Qadınların hər şeydə məna axtarması - Bəzən bir cümlə və ya bir hərəkətin heç bir mənası olmaya bilər. Kişilər adətən ağıllarında nə varsa, dillərinə də onu gətirirlər. Dedikləri sözdə və ya etdikləri hərəkətdə məna axtarmırlar və ya görmürlər. Amma qadınların hər şeyə bu qədər çox həssas yanaşmaları onları məyus edir.

4. Tez-tez acıq eləmək - Kişilərin qadınlarda başa düşmədiyi davranışlardan biridir. Adi bir məsələ üstündə acıq eləmək, kişiləri başa düşməmək onları çox məyus edir.

5. Mensturasiya dövrü - qadınların bu dönəmi necə keçirdiyini kişilər heç vaxt anlamaz. Bu barədə qarşı tərəf belə düşünür: "Bir həftə mensturasiya dövrüdürsə, bundan bir həftə əvvəl və bir həftə sonra da qadınlar nə olursa, bunu həmin dövrlə əlaqələndirirlər. Bu da artıq bir ay elədi".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 209 256 255 257 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.